Dəhşətli olay: imtahanda az bal toplayan gənc özünü asdı




Bakıda şok intihar hadisəsi baş verib.

Sherg.az olke.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu deyilən ərazidə baş verib. Cəmil adlı gənc qəbul imtahanında lazımi nəticəni göstərə bilmədiyi üçün özünü yaşadığı mənzildə kəməri vasitəsilə tavandan asıb.
Qonşuların müdaxiləsinə baxmayaraq, Cəmilin həyatını xilas etmək mümkün olmayıb.
Qonşuların verdiyi xəbərə əsasən, Cəmil intihar edərkən evdə özündən başqa kiçik qardaşı da olub.