Otman Bozdağ Palçıq Vulkanında püskürmə baş verib - VİDEO - YENİLƏNİB-1

26 sentyabr 2026-cı il tarixində Qaradağ və Qobustan rayonlarının sərhədində yerləşən palçıq vulkanında püskürmə qeydə alınıb. Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Mərkəzdən APA-ya bildirilib ki, püskürmə yerli vaxtla saat 07:32-də, bir faza ilə xarakterizə olunub və 10 dəqiqə davam edib. Püskürmə zamanı alov sütunu müşahidə olunub. Baş vermiş proses 8 seysmik stansiyada qeydə alınıb.

Püskürmə ocağının dərinliyi 4 km təşkil edib. Püskürmə zamanı ayrılan enerjinin miqdarı 6,50 × 10^6 coul olaraq qiymətləndirilib.

***

12.43

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında 26 sentyabr 2026-cı il tarixində saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, püskürmə güclü alovlanma ilə müşayiət olunub.

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.

***

08.18

Qaradağ rayonu ərazisində palçıq vulkanının püskürməsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.

VİDEO