Dənizdə batan 5 uşaq xilas edildi - YENİLƏNİB


Xəzər dənizinin Şabran rayonu sahilində çimərkən boğulmaq təhlükəsi ilə üzləşən 5 azyaşlı xilas edilib.
APA -nın yerli bürosunun xəbərinə görə, xilas olunan uşaqlardan ikisi - 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlunun səhhətində problemlər olduğu üçün onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Digər üç azyaşlı isə yaxınlarına təhvil verilib.
10:16
Xəzər dənizinin Şabran rayonu sahilində çimərkən boğulmaq təhlükəsi ilə üzləşən 2 azyaşlı xilas edilib.
APA -nın yerli bürosunun xəbərinə görə, Şabran rayon sakinləri 4 yaşlı Əhmədov Mikayıl Ağabəy oğlu və 12 yaşlı Zamanov İlqar Bəylər oğlu xilas olunaraq Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən uşaqların vəziyyəti normaldır.