Dənizdə batan oğlanın meyiti tapıldı


Abşeronda dənizdə batan 12 yaşlı oğlanın meyiti tapılıb.
"Sherg.az"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən gün Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb. E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.