Deputat: “Bu qədər pula yeni bir Azərbaycan qurmaq olardı”




Bu gün parlamentin yaz sessiyasının sonuncu iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib.

Sherg.az –ın xəbərinə görə, deputat Əli Məsimli bildirib ki, hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir: 

"Düşünürəm ki, proses bu şəkildə davam edərsə, bu 30 faizdən də yuxarı ola bilər. Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər. Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. 

Amma elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Əks halda büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər. Onu da qeyd edim ki, təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni bir Azərbaycan qurmaq olardı”.

Anar