Deputat etiraz etdi - "Bu aztəminatlı insanların maraqlarına xidmət etmir"




Millət vəkili Fərəc Quliyev Vergi Məcəlləsinin 220.10-cu maddəsinə təklif olunan dəyişikliyin əleyhinə çıxıb. 

Sherg.az-ın məlumatına görə deputat deyib ki, ümumiyyətlə Məcəllədən sözügedən maddə çıxarılmalıdır: 

"Həmin dəyişikliklərdə tamada, müğənni, rəqqasə, aşıq, fərdi foto çəkənlər, dayələr, qulluqçular, bağbanlar və digər şəxslərin sabit sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur. Mən dayənin, qulluqçunun, xadimənin və bağbanların vergiyə cəlb olunmasının əleyhinəyəm. Hesab edirəm ki, bu maddə aztəminatlı insanların maraqlarına xidmət etmir".

Anar