Deputat: "Prezidentimiz Milli Məclisdə Ermənistana və beynəlxalq təşkilatlara Qarabağla bağlı sərt mesaj verdi"
12:45 21.09.2018
Arxiv
721
"Çox möhtəşəm bir tədbir oldu və Prezident İlham Əliyev Milli Məcslidə dəyərli çıxış etdi”. Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov parlamentin 100 illik yubleyi ilə bağlı keçirilən təntənəli tədbirdən danışarkən deyib.
Deputat bildirib ki, dövlət başçısı həm parlamentin tarixi, həm də fəaliyyəti ilə bağlı çox mühüm məqamlara toxundu:
"Prezident İlham Əliyevin toxunduğu ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli idi. Növbəti dəfə cənab Prezidentimiz Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi ki, əgər bu məsələyə münasibətini dəyişməsə, özündən əvvəlkilərin yolunu davam etsə, bunun axırı heç də yaxşı qurtarmayacaq. Görürsüz, hazırda ermənilərin yeni hökuməti özlərinə məxsus diktatura qurmağa çalışır, hər gün sərsəm bəyanatlar verir. Bunlara son qoymaq lazımdır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın ən ümdə problemi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsidir:
"Rəsmi Bakının Qarabağla bağlı mövqeyi bəllidir. İşğalçı qüvvələr Azərbaycan torpaqlarını birfədəlik tərk etməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Dövlət başçımızın mesajı həm də beynəlxalq təşkilatlara idi. Əgər BMT və ATƏT-in Minsk qrupu işğalçı dövlətə qarşı heç bir tədbir görmürsə, buradan belə çıxır ki, onlar da düşmənlə əlbirdirlər. Bundan sərt mesaj olmazdı. Ancaq dövlət başçısı bunu qətiyyətlə ifadə etdi”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya