"Təəssüflər olsun ki, müəllimlər şagirdlərdən də aşağı nəticə göstərdilər. Onlar imtahana qulaqcıq, “şparqalka” və s. kimi köməkşi vasitələr daxil etmək istədilər"
"Müəllimlərin zəif nəticələri bizim təhsil və tədrisin vəziyyətindən xəbər verir”
Bunu "Şherg.az”a bəzi müəllimlərimizin diaqnostik qiymətləndirməyə dair imtahanda əldə etdiyi biabrçı nəticələrdən danışarkən təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda elm və təhsildə kifayət qədər təsadüfi şəxslərin olması təəssüf doğurur:
"Son illərdə təhsildə aparılan işlər nəticəsində ödədiyimiz vergidən dövlət büdcəsini talamaqla məşğul olan bir çox müəllimlər aşkar edilib. Axrıncı dəfə 1994-cü ildə orta təsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilib. Geridə qoyduğumuz 1994-cü ildən bu günə qədər orta təhsil məktəblərində çalışan müəllimlərin nə sənədlərinin, nə də onların bilik və bacarıqlarının yoxlanılması həyata keçirilib.
Keçmiş Təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildən 2017-ci ilə qədər 4472 orta təhsil məktəblərində çalışan 151 min müəllimin biliklərinin yoxlanılması üçün diaqnostik imtahana başlanılması göstərişini verdi. İlkin olaraq bu imtahanda 142 min müəllim iştirak etdi. Doqquz minə yaxın müəllimin diplomları saxta idi. Təsəvvür edin ki, doqquz minə yaxın müəllimin diplomu dövlət tərəfindən təsdiq olunmayıb.
Amma onlar bizim gələcəyimiz olan uşaqlara dərs deyirlər. Diaqnostik imtahanda iştirak edən müəllimlərin 45 faizi tədris apardığı və dövlətin büdcəsindən maaş aldığı fənn üzrə minumum suallara belə cavab verə bilmədi. Təkcə 2014-2017-ci ildə 142 min müəllimdən məksimum nəticə toplayan müəllimlərin sayı heç 142 nəfər deyil. Bu onu göstərir ki, orta təhsil məktəblərində tədrisin və təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. 2018-ci ilin may ayının 26-dan iyulun 2-ə qədər aşağı nəticə göstərən müəllimlərə yenidən şans verilidi ki, əvvəl göstərdikləri nəticələri yaxşılaşdırsınlar. Təəssüflər olsun ki, müəllimlər şagirdlərdən də aşağı nəticə göstərdilər. Onlar imtahana qulaqcıq, "şparqalka” və s. kimi köməkşi vasitələr daxil etmək istədilər. Bununla da kifayətlənməyib imtahan rəhbərlərinə, nəzarətçilərə rüşvət təklif edən müəllimlər də olub. Bu onu göstərir ki, tədrisimizi aparan müəllimlərimizin bilik və bacarıqları günün tələblərinə cavab vermir.
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanı zamanı belə məlumatlar bildirib ki, neçə nəfər abituriyent köçürməyə, köməkci vasitələrdən istfadə etməyə cəht edib. Amma biabırçı məqam ondan ibarətdir ki, bu gün bunu bizim müəllimlərimiz də edir. Hesəb edirəm ki, təhsil naziri artıq əmək məcəlləsinə dəyişiklik etməlidir. Yetərli bal toplamayan müəllimlər nəticələrinə uyğun olaraq onlarla bağladığı müqavilələrə xitam verməlidir. İmtahan nəticələri onu göstərir ki, müəllimlərimiz öz üzərlərində çalışmırlar. Müəllimlərimiz məktəbə vaxt keçirmək üçün gedirlər. İmtahan nəticələridə də bunu deməyə imkan verir”.
İllərdir bu sahədə külüng vurmuş müəllimlərimizin imtahanlarda sıfır bal toplamasına toxunan K.Əsədov onu da bəyan edib ki, bu həqiqətən də çox pis haldır:
"Bu tipli imtahanlar Rusiyada hər il keçirilir. Dövlət tərəfindən onlara keçid balı müəyyən olunulur. Keçid isə ümumi sualların on faizi kimi qoyulur. Bizim on faiz nəticəni göstərə bilməyən müəllimlərimiz var. Hətta ibtidai müəllimlər içərisində 2 bal, 4 bal toplayan müəllimlərimiz də var. 2014-2017-ci illərdə ibtidai sinif, tarix, coğrafiya, azərbaycan dili və ədəbiyyat üzrə sıfır bal toplayan kifayət qədər müəllimlərimiz var. Bu deməyə əsas verir ki, müəllimlərimizdə öz üzərlərində çalışma mexanizimi sıfıra enib”.
Kənan Eynuroğlu