Peskov: Trampın Putinlə öz münasibətləri var, buna heç kim təsir edə bilməz

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərə dair öz baxışının olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Peskov Trampın Putinlə münasibətlərinə kənardan təsir göstərmək çətin olacacağını bildirib.

O, həmçinin Putinlə Trampın noyabrda Çində keçiriləcək APEC sammiti çərçivəsində görüşü ilə bağlı hələlik razılaşmanın olmadığını, lakin sonradan belə razılaşmanın əldə edilə biləcəyini deyib.

Qeyd edək ki, APEC sammiti noyabrın 18–19-da keçiriləcək.