Dilənmədiyi üçün küçəyə atılan uşaq: O sığınacağa yerləşdirildi



Dilənmədiyi üçün atası tərəfindən küçəyə atılan uşaq sığınacağa yerləşdirilib.

Oxu.Az-ın məlumatına görə, bunu "Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə deyib.

QHT sədri qeyd edib ki, uşaq gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən tapılıb:

"O, birliyin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib”.