"Dilqəm və Şahbazın məsələsi Rusiya ilə birbaşa bağlıdır" - İddia
12:29 10.02.2017
Arxiv
811
"Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycanın müstəqil siyasət yeritdiyini bir daha sübut etdi”.
Bunu Sherg.az-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ”Bloger Aleksandr Lapşinin məsələsi Azərbaycanla işgüzar əsasda həll olunacaq” bəyanatını şərh edərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, bu hadisə beynəlxalq münasibətlərə çoxtərəfli şəkildə təsir göstərdi:
"Blogerin Azərbaycana ekstradisiyası çox mürəkkəb məsələ idi. Onun beynəlxalq hüquqa uyğun şəkildə Bakıya gətirilməsi dövlətimizin gücünü, iradəsini bir daha nümayiş etdirdi. A. Lapşinin ekstradisiyasında həm Ermənistanın, həm də Rusiyanın təzyiqləri özünü göstərirdi. Amma rəsmi Bakı bu təzyiqlərə baxmayaraq, Azərbaycan qanunlarını pozan şəxsin gətirilməsinə və haqlı mühakiməsinə nail ola bildi”.
Hazırda Rusiya və məsələdə maraqlı olan digər tərəflərin Azərbaycana qarşı ehtiyatlı mövqe nümayiş etdirməyə çalışdığını bildirən A. Nağı onların bizi daha da qıcıqlandırmamaq niyyətində olduğunu söyləyib. QAT sədri deyib ki, bu səbəbdən həmin dövlətlər Azərbaycana ciddi təzyiqlər göstərə bilmir:
"A. Lapşinin ekstradisiyası bir daha Rusiyanın ikili mövqe tutduğunu sübut etdi. Çünki bildiyimiz kimi, iki ildən artıqdır öz dədə-baba yurdlarında, Dağlıq Qarabağda girov saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi Rusiya ilə birbaşa bağlıdır. Belə ki, Dilqəm Əsgərov özü Rusiya vətəndaşıdır, Şahbaz Quliyevin isə həyat yoldaşı. Biz girovlarımızın azad olunması istiqamətində yaradılan Müdafiə Komitəsinin İşçi Qrupu olaraq dəfələrlə bu məsələni müzakirə edib, Rusiya tərəfinə müraciətlər ünvanlamışıq.
Rəsmi Moskvanın problemə göz yumması isə vətəndaşları arasında ayrıseçkilik nümayiş etdirməsini göz önünə sərir. İki ildən artıqdır ki, Rusiya bu problemlə bağlı addım atmadığından hazırda A. Lapşinin Azərbaycan istənilməsinə də haqqı yoxdur deyə bilərik. Düşünürəm ki, əgər Lapşinin məsələsi Rusiyanın istəyinə uyğun həll edilsə, onda gərək Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün də addımlar atılsın. Buna görə blogerin Azərbaycana ekstradisiyası bir növ fürsətdir. Ümid edirəm ki, bu hadisələr fonunda tezliklə Şahbaz və Dilqəmin məsələsi də həll olunacaq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi