Dinozavr yumurtaları tapıldı





Çində 70 milyon il əvvələ aid ot yeyən dinozavr yumurtaları tapıldı.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, yumurta skeletləri Çinin Guandong əyalətində Foshan şəhərindəki bir tikinti sahəsində, 8 metr dərinlikdə ortaya çıxıb. Mütəxəssislər yumurtaların ikinci əsrin son dövrlərinə aid olduğunu ehtimal edir. Guandong Arxeologiya İnstitunun professoru Qiu Licheng, tapılan beş yumurtadan 3-nün zədələnmiş vəziyyətdə, ancaq qabarıq olduğunu, digər ikisinin isə daşda iz buraxdığını söyləyib.

Arxeoloqlara görə yumurtalar fərqli dərəcələrdə zədələnmiş, ancaq hələ də aydın görünür və içləri qumla doludur. Forma olaraq normal bir yumurtaya bənzəyən dinozavr yumurtaları hazırda yerli bir muzeydə incələmə üçün saxlanılır.

Xatırladaq ki, bu, Çində yerləşən ilk dinozavr skeleti deyil. 1980-ci illərdən bu yana Çinin Guandong ərazisində dinozavr yumurtaları var. Qonşu şəhər Heyuan, təkcə 2015-ci ildə tapılan 43 yumurta skeletinə görə dünyanın ən çox dinozavr yumurtasına malik şəhərlərindən biri kimi tanınır.

Aysel