Döşəmənin altında gizlənən sirr
Yusif Nəzərli
05:24 20.09.2022
Arxiv
2507
Henri ailəsinin aldığı ev havadan asılı vəziyyətdədir
ABŞ-ın Arkanzas əyalətində yaşayan Henri ailəsi uzun illər böyük, geniş ev arzusuyla yaşayıb. Nəhayət makler onlara uyğun ev tapdığını xəbərini verib. Emili və Jefri Henri 2 övladları ilə birlikdə evə baxmağa gedib. Evi təftiş ediblər və bəyəniblər. Uşaqlar üçün seçdikləri geniş otağın döşəməsinin bəzi hissələrinin çökük olduğunu fərq ediblər, lakin “onsuz da parketləri söküb, döşəməni yeniləyəcəyik” fikirləşərək buna ciddi əhəmiyyət verməyiblər. Və evi satın alıblar. Bundan sonra təmir başlayıb və döşəmədəki parketlər də sökülməyə başlayıb. Henri ailəsi döşəmənin altında gizlənən sirri gördükdə gözlərinə inanmayıb. Parketin çökük yerinin altında, demə, 12 metr dərinliyində nəhəng hovuz varmış. Hovuzla döşəmə arasında da böyük boşluq olduğu kimi qalırdı.
Evin əvvəlki sakinləri otağın mərkəzindəki hovuz sevdasından əl çəkmiş, lakin boşluğu doldurmayıblar. Halbuki, hovuz yerinin betonlar doldurulması gərəkirdi.
Evin yeni sahibi Emili Henri “döşəmənin parketləri söküldüyündə nəhəng bir hovuz qarşımıza çıxdı və biz bununla nə edəcəyimizi bilmirik” deyib. Bu azmış kimi yataq otağının altından da cakuzi “çıxıb”. Henri ailəsi başa düşüb ki, aldıqları ev havadan asılı vəziyyətdədir.
Okean ortasında bir ada kimidir. Onların iki seçimi var: ya boşluqları betonla doldurub evin zəminini möhkəmlətməli, ya da bu hovuz və cakuzini təkrar işlək vəziyyətə gətirməlidirlər. Henri ailəsi suya meyilli görünür və hovuzla cakuzini işlək vəziyyətə gətirəcək usta axtarışına çıxdıqlarını söyləyirlər. Bu iş ailəyə 30 min dollara başa gələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə