“Dövlət orqanlarının fəaliyyətinə nəzarət genişləndirilir”
Fidan Həmişəyeva
15:49 17.09.2020
Arxiv
661
“Vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi əsas hədəflərdəndir”
Dövlət siyasətinin prioritet istiqamətlərindən biri korrupsiyaya qarşı mübarizə tədbirləridir. Bu tədbirlər məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasına, şəffaflığın və hesabatlılığın təmin edilməsinə şərait yaradır.
Korrupsiyaya qarşı tədbirlərində rüşvətxorluq, bürokratiya, süründürməçilik kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biridir. Bu sahədə Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədi ədalətli idarəçilik sisteminin yaradılmasıdır.
Məsələyə dair “Sherg.az”a danışan millət vəkili Soltan Məmmədov bildirib ki, Azərbaycanda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir. Parlamentari qeyd edib ki, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi əsas hədəflərdəndir:
“Cənab Prezidentimiz yeni kadrları yüksək vəzifələrə təyin edərkən xoşagəlməz hallarla əlaqədar məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verir. Ölkə başçısı eyni zamanda xəbərdarlığını da çatdırır: “Hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.
Deputat vurğulayıb ki, beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ölkəmiz birinciliyini qoruyur:
“Azərbaycanın daha yüksək pilləyə qalxması üçün imkanlar var. Müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin daha da yaxşılaşdırılması fonunda atılan yeni-yeni addımlar biznes cədvəlində ölkəmizi daha da yüksək pilləyə çıxaracaq” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya