“Vatikan liderinin işğalçı Ermənistanla ərazisi zəbt olunan Azərbaycan arasında bərabərlik işarəsi qoyması effektli variant deyil”
Dualar kifayət deyil
19:15 03.10.2016
Arxiv
420
Papa Bakıda xristian təəssübkeşliyini büruzə verdi
“Vatikan liderinin işğalçı Ermənistanla ərazisi zəbt olunan Azərbaycan arasında bərabərlik işarəsi qoyması effektli variant deyil”
“Vatikan liderinin işğalçı Ermənistanla ərazisi zəbt olunan Azərbaycan arasında bərabərlik işarəsi qoyması effektli variant deyil”
Roma Papası Fransiskin Azərbaycana səfəri başa çatdı. Papanın ölkəmizə səfəri bir sıra məqamlarla yadda qaldı. Fransisk Bakıdakı çıxışlarında iman, sülh və ədalətdən danışdı. O, bəyan etdi ki, Azərbaycan təkkonfessiyalı ölkə deyil. Burada dini azadlıqlar tam təmin edilib. Papa xüsusilə vurğuladı ki, Prezident İlham Əliyevin multikulturalizmə söykənən dini dözümlülük siyasəti onun lap əvvəldən diqqətini çəkib.
Vatikan lideri üstüörtülü şəkildə Dağlıq Qarabağ münaqişəsinə də toxundu, ancaq ümumi sözlərə üstünlük verdi. Halbuki ondan əvvəl çıxış edən Prezident İlham Əliyev diqqəti Azərbaycan torpaqlarının işğalı faktına yönəltmişdi. Amma Roma Papası çıxışında "Dağlıq Qarabağ” və "ərazi bütövlüyü” ifadələrini işlətmədi. Bununla Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada tərəf tutmadığını göstərmiş oldu. Papa sadəcə Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə dua etdiyini bildirdi: "Azərbaycanda nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu diqqətdə saxlasın və yardım göstərsin. Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionundakı münaqişələr həll edilsin”. Məlumat üçün deyək ki, adətən, Roma papaları müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələrə səfər etmirlər. Ölkəmizdə katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, indiyə qədər iki Roma Papası müsəlman Azərbaycana səfər edib. Birinci səfər 2002-ci ildə reallaşıb.
Papanın Azərbaycana səfəri və Bakıda verdiyi mesajlarla bağlı "Şərq”ə danışan millət vəkili Fazil Mustafa deyib ki, Fransiskin səfəri Azərbaycan dəyərlərinin katolik dünyasında tanıdılması baxımından əhəmiyyətli və faydalıdır. Amma Papanın problemlərə yanaşması qaneedici deyil. Deputatın sözlərinə görə, Papa Bakıdakı çıxışında xristian təəssübkeşliyini büruzə verdi: "Sözün açığı, Papanın çıxışları olduqca məntiqsiz idi. Vatikan liderinin işğalçı Ermənistanla ərazisi zəbt olunan Azərbaycan arasında bərabərlik işarəsi qoyması effektli variant deyil. Onun bir dəfə də olsa, işğal barədə danışmaması, təcavüzkar Ermənistana qarşı ağır ifadələr işlətməməsi Papanın səmimi olmamasını göstərir. Amma bütövlükdə səfərin əhəmiyyəti böyükdür. Xüsusən də Azərbaycan Prezidenti ilə Papanın görüşü mühümdür. Çünki həmin görüşdə Prezident Dağlıq Qarabağ məsələsini gündəmə gətirdi, işğalçı Ermənistanı ifşa etdi. Eyni zamanda digər problemlərlə bağlı danışdı. Bunlar Azərbaycanın strateji maraqları baxımından olduqca faydalı məqamlardır. Bu cür fürsətlərdən istifadə etmək lazımdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm