Məktəbli dünya çempionu Əli Abdullazadə Avropa birinci də olmaq arzusundadır
Bu yaxınlarda Azərbaycaın gənc idmançıları Ukraynanın Xarkov şəhərindən uğura imza atıblar. Belə ki, Azərbaycan Qocyuru Okinava Karatedo və Kabudo Növləri Federasiyası (AQOKKNF )- nın komandası həmin şəhərdə keçirilən dünya çempionatında uğurla çıxış edib. Bu barədə həmin Federasiyanın təcrübəli-tanınmış məşqçisi və beynəlxalq dərəcəli idman ustası Aydın Dadaşov məlumat verib. Onun sözlərinə həmin mötəbər yarışda ölkəmizi əsasən sonuncu Resublika Birinciliyində qalib olan 12 karateçi idmançı təmsil edib və mübarizə aparıb.
Dünya Birinciliyinin təşkilatçıları, müvafiq rəsmi orqanlarının nümayəndələri tərəfindən çox mehribanlıql qarşıladıqlarını bildirən məşqçi bu yarışların yüksək səviyyədə təşkil etdiyini də qeyd etdi. Onun sözlərinə görə, bu yarışlar ərfəsində idmançılara yüksək səviyyədə qayğı göstərilmiş, onların istirahət və məşq etmələri üçün hər cür şərait yaradılıb. Dünya çempinatının əsil idman mubarizəsi şəratində keçdiyini söyləyən Aydın Dadaşov həmçinin söylədiki ki, idmançılarımızın əsas rəqibləri əsasən Ukrayna, Rusiya, İran, Almaniya, Ruminiya, Albaniya, Zambiya və digər ölkələrin güclü idmançıları olublar. Məlumata görə, bu yarışlarda iştirak edən idmançılar yaş qruplarına uyğun, çəki dərəcələrinə əsasən və karatenin müxtəlif növləri üzrə yarışıblar.
Məşqçinin sözlərinə görə, Ukraynan Dövlət Başçısı Dünya Birinciliyinin gedişi ilə tez-tez maraqlanıb və hətta Azərbaycan komandasının bu yarışlarda fəal iştirak etdiyinə görə, Ukraynada bu Federasiyanın prezidendenti Boris Şuşinski, ölkə prezidentinin təşəkkürünü Tarverdi Allahverdiyevə çatdırmış və Ukrayna prezidentinin xüsusi fəxri fərmanını ona təqdim etmişdir. Qeyd edək ki, Dünya Çempionatının yekununlarına görə 7 qızıl, 3 gümüş və 2 bürünc qazananan komandamız ümumi hesabda Ukrayna komandasından sonra ikinci yeri tutub.
Yenə də, Azərbaycan Komandasını təmsil edən, Aydın Dadaşovun gənc yetirmələri olan Əli və Cavid Abdullazadə qardaşları bu çempinatda da xüsusilə fərqləniblər. Beynəlxalq yarışda ilk dəfə iştirak etmələrinə baxmayaraq Abdullazədə qardaşları əsas rəqiblərdən üstün olublar. Belə ki, bir müddət əvvəl respulika çempionu olmuş Əli Abdullazadə bu dəfə daha böyük uğur qazanaraq dünya çempionu adını qazanıb. Onun kiçik qardaşı Cavid isə Dünya Birinciliyinin üçüncü mukfatçisı olub. Çünkü yetirmələrinin bu uğurlarına da həddsiz sevinən və fərəh hissi keçirən məşqçi söhbət zamanı vurğuladıkı ki, məktəbli idmanşıların məşqlərə başladıqları qısa müddət ərzində belə nailiyyətlər qazanması onda, Abdullazədə qardaşlarının gələcəkdə daha güclü idmançıların olmasına inam yaradır. Lakin bütün bunlara baxmayaraq Aydın müəllim qeyd edir ki, onun yetirmələri məşqlərdə fəal iştirak edir və növbəti yarışlara böyük həvəslə hazırlaşırlar.
Əvvəl ki, yarışlarda olduğu kimi Dünya Birinciliyinin gedişin də də böyük həyacan keçirən Abdullazadə qardaşlarının atası Azər Abdullazadə isə övladlarının qazandığı nailiyyətlərdə məşqçinin zəhmətinin daha böyük olduğunu qeyd etdi. Gənc idmançıların uğurlarına görə, valideynlər məşqçi Aydın müəllimə minnətdardılar. Xatırladaq ki, dünya çempionu Əli və bürünc mukafatçı Cavid Abdullazadə Bakı şəhəri, Yasamal rayonu 52 –saylı tam orta məktəbinın ən nümunəvi və əlaçı şagirdləridirlər.Əli məktəbin 10- cu, Cavid isə 6- cı sinifində oxuyur. Məktəbli idmançıların atası Azər Abdullazadənin bildirdiyinə grörə, məktəbin direktoru Elmira Ələsgərova Dünya Birinciliyində qələbə qazanan qardaşları qəbul edib və onları bir daha təbrik edib. Məktəbin müəllim və şagird kollektivi idmançı qardaşlarla fəxr edir və gəlcək daha mötəbər yarışlarda ancaq uğurlar arzulayırlar.
Hal-hazırda gənc idmançılar növbət mötəbər yarışlara –Avropa çempionatına ciddi hazırlaşırlar. Bu barədə danışan məşqçi Aydın Dadaşov bildirdi ki, Azərbaycan komandasının bu beynəlxalq yarışlar da uğurla çıxış edəcəyinə əmin olduğunu qeyd etdi. Biz də öz növbəmizdə idmançılara ancaq qələbə sevincləri a arzu edirik.
Elman Maliyev