Düşmən 27 qadını, 11 uşağı öldürüb - Baş prokuror
12:50 02.11.2020
Arxiv
454
Noyabrın 2-də baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.
Baş Prokurorluqdan "Sherg.az"a verilən məlumata görə, baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, bu əlaqələrin günügündən daha da inkişaf etdiyini qeyd edib.
Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini bildirmiş və xüsusilə vurğulamışdır ki, ümumilikdə mülki əhalidən 91 nəfər həlak olmuş, onlardan 27-i qadın, 11-i uşaq olmuş, 404 nəfər yaralanmış, onlardan 102-i qadın, 50-i uşaq olmuş, 2488 yaşayış evinə, 97 çoxmərtəbəli binaya və 461 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Kamran Əliyev Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri barədə qonağa məlumat verib.
Baş prokuror səfir Ceyms Şarpa Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etməsinə, habelə Birləşmiş Krallıq tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə zərər çəkmiş mülki şəxslərimizə göstərdikləri maliyyə dəstəyinə görə də öz təşəkkürünü bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Böyük Britaniyanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.
Səfir ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına əsasən həllinin vacibliyini diqqətə çatdırıb.
Konflikt zamanı mülki şəxslərin, xüsusən də münaqişə zonasından kənarda yaşayan dinc əhalinin həlak olmasına görə məyus olduğunu bildirərək, ölkəsi tərəfindən bu kimi halların daim qətiyyətlə pislənildiyini diqqətə çatdırıb.
Daha sonra hər iki ölkənin prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə əməkdaşlıq, hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət