Türkiyə XİN: Azərbaycanın yanında olmağa davam edəcəyik

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib.

Teleqraf xəbər verir ki, paylaşımda deyilir:

"27 Sentyabr – Anım Günü ilə əlaqədar Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq. Türkiyə "Bir millət, iki dövlət" şüarı ilə qardaş Azərbaycanın yanında olmağa davam edəcək".