"Əfv sərəncamı bayram ərəfəsində xalqa böyük hədiyyədir" - Millət vəkili
14:13 16.03.2019
Arxiv
606
"Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı Novruz bayramı ərəfəsində xalqa böyük hədiyyədir".
"Sherg.az" Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, bu, çox böyük bir humanist addımdır və bayram ərəfəsində çox sayda ailənin böyük sevincinə səbəb oldu:
"Bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Bu addımın əsas mənası ondan ibarətdir ki, ölkə Prezidenti Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını diqqətdə saxlayır. Bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır”.
Millət vəkili vurğulayıb ki, ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının təzahürüdür:
"Bu sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir qiymətdir. Düşünürəm ki, bundan sonra da Azərbaycanda cinayət əməlindən çəkindirici tədbirlər davam etdiriləcək və ölkədə ictimai-siyasi sabitlik və davamlı inkişaf möhkəmlənəcək”.
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial