"Əlillərin ictimai nəqliyyatdan istifadəsi minimum səviyyədədir"
12:39 21.02.2018
Arxiv
991
Əliməmməd Nuriyev: "Rayonlarda isə ümumiyyətlə, əlillərin hərəkəti üçün şərait yaradılmayıb"
"BMT-nin "Əlillərin hüquqi statusu” haqqında konvensiyasında əlillərin küçə və yollarda rahat hərəkəti, müxtəlif inzibati binalara girişi üçün şəraitin yaradılması mühüm məsələ kimi qeyd olunub”.
Bu barədə "Sherg.az”a "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev danışıb. Azərbaycanın həmin konvensiyaya qoşulduğunu xatırladan Ə.Nuriyevin sözlərinə görə, hökumət konvensiya ilə bağlı dövri hesabat verir:
"Konvensiyanın əlillər üçün müyəsərlik prinsipini əsas götürür. Təəssüf ki, indiyə qədər ölkəmizdə bu prinsipin həyata keçirilməsi üçün geniş fəaliyyətlər olmayıb. Müyəsərlik nəqliyyat və məlumatlardan istifadə imkanının olması və əlil olduğu üçün bunlardan istifadə etməkdən imtina edilməməsidir. Prinsipin həyata keçirilməsinin mexanizmi olmalıdır. Bununla bağlı standartların qəbul edilməsi vacibdir. Dəfələrlə müraciətlər olunsa da, bu sahədə müvafiq addım atılmayıb.
Ayrı-ayrı qanunlarda konvensiyadan irəli gələn məsələlər zamanla öz əksini tapmaqdadır. Tikinti məcəlləsində də əlillər üçün müyəsərlik prinsipinin təmin edilməsi istiqamətində işlər görülür. Artıq yeni binaların tikintisində əlillərin rahat hərəkəti, binaya daxil olması nəzərə alınır. Yeni tikilən ictimai-inzibati binalarda da bu prinsiplər gözlənilir. Amma əvvəllər tikilən binalarda, obyektlərdə, küçələrin salınmasında əlillərin hərəkəti məsələsi nəzərə alınmayıb”.
Ə.Nuriyev əlil şəxslərin küçədə, ictimai nəqliyyatda rahat hərəkət etməsi məsələsinə də toxunub. O vurğulayıb ki, əlillərin ictimai nəqliyyatdan istifadəsi minimum səviyyədədir:
"Bakıya yeni gətirilən avtobuslarda əlil arabaları üçün xüsusi hissə ayrılıb, amma köhnə avtobuslarda belə şərait yoxdur. Rayonlarda isə ümumiyyətlə, əlillərin hərəkəti üçün şərait yaradılmayıb.
Son vaxtlar küçələrdə yol təmiri zamanı əlillər üçün panduslar quraşdırılır. Bütün bu sahələrdə konvensiyanın tələblərini yerinə yetirmək üçün mütləq standartlar qəbul edilməlidir”.
Qeyd edək ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinə əsasən bundan sonra inşa ediləcək bütün binalar və infrastruktur obyektlərində əlillərin rahat hərəkəti üçün lazımi şərait yaradılacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm