Elmar Məmmədyarov çinli həmkarı görüşüb
15:24 19.09.2018
Arxiv
759
Çin Xalq Respublikasında işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Çinin xarici işlər naziri Van İ ilə görüşüb.
XİN-dən "Sherg.az"a verilən məlumata görə, görüş zamanı tərəflər dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında əldə edilmiş razılaşmaların hər iki ölkənin xarici işlər nazirliklərinin ikitərəfli əlaqələri dərinləşdirmək üçün fəaliyyətinin yol xəritəsini müəyyənləşdirdiyini qeyd ediblər.
Çinin Tiencin şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik Asiya sammitində iştirakına görə Elmar Məmmədyarova təşəkkür edən Van İ ölkəsinin Azərbaycanla münasibətlərinin hərtərəfli inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, qarşılıqlı etimada əsaslanan Çin-Azərbaycan münasibətlərinin hazırki səviyyəsindən məmnunluğunu ifadə edib.
Van İ Çinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini, bu mövqenin dövlət başçıları səviyyəsində imzalanmış sənədlərdə də əks olunduğunu vurğulayıb.
Xarici işlər naziri Van İ Çin dövlət başçısı Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğunu xatırladaraq ölkəsinin Azərbaycanın bu dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın "Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçməsinə töhfəsi kimi dəyərləndirən Çin rəsmisi ölkəsinin bu təşəbbüsün reallaşması istiqamətində Azərbaycan ilə əməkdaşlıq edəcəyini diqqətə çatdırıb.
Çində olmasından məmnunluğunu ifadə edən nazir Elmar Məmmədyarov Çindəki yüksək inkişafın davam etdiyinin şahidi olduğunu qeyd edib.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həlli ilə bağlı Çinin ədalətli mövqeyinə görə təşəkkür edib.
Çinin "Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi üçün imkanlar yaratdığını bildirən nazir Elmar Məmmədyarov bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin etdiyini bildirib və Çini Azərbaycanın təşəbbbüsü və iştirakı ilə reallaşdırılan nəqliyyat-logistika infrastrukturlarından istifadə etməyə dəvət edib.
Görüşdə ölkələrimizin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun qaldırılması ilə bağlı da fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol