Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib





Ermənistan silahlı qüvvələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törətməyə başlayıb.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənistan ordusunun əsgərləri hazırda Ağdamın işğal altında olan ərazilərində yanğın törədirlər.

Alov qoşunların təmas xəttinin Ağdam istiqamətindəki bütün yaşayış məntəqələrində müşahidə olunur.