Ermənistan 6 kilometr dərinlikdəki əraziləri itirəcək - Erməni politoloq
19:31 06.07.2021
Arxiv
419
KTMT-nin açıqlamasından sonra Ermənistan yeni müttəfiqlər axtarmalıdır ki, təhlükəsizlik hədəflərini həll etsin.
"Sherg.az" axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni politoloq Ara Papyan çıxış edib. Onun sözlərinə görə, Ermənistanın maraqları KTMT-nin maraqları ilə üst-üstə düşmür.
O, bu təşkilatın ölü doğulduğunu bildirib.
Papyan, həmçinin Paşinyanın Ermənistanla Azərbaycan sərhədində Rusiya sülhməramlılarını yerləşdirmək istəməsi fikrini də tənqid edib:
"Paşinyan mitinqdə dedi ki, qoşunlar geri çəkilməli və onlar arasında rusiyalı sərhədçilər yerləşdirilməlidir. Bu o deməkdir ki, Azərbaycan 9 kilometr içəriyə doğru irəllədiyi bəzi ərazilərdə müəyyən yerlərə nəzarəti əlində saxlayacaq. Şərti olaraq desək, onlar 5 kilometr dərinliyə qədər irəlləyiblər. İndi onlar 1 kilometr geri çəkiləcəklər və 4 kilometri özlərində saxlayacaqlar. Yəni biz ümumilikdə 6 kilometr ərazi itirəcəyik. 2 kilometr neytral zona olacaq, 4 kilometr isə Azərbaycanda qalacaq".
Papyan Rusiya hərbçilərinin sülhməramlı olmadığını, onların Ermənistanın razılığı ilə bölgəyə gəldiyini, amma beynəlxalq statuslarının olmadığını deyib.
Qeyd edək ki, Ermənistan Qarabağı işğal altında saxladığı illər ərzində Azərbaycan sərhədlərinə də daxil olub və torpaqlarımızı zəbt edi. Vətən müharibəsindən sonra Ordumuz SSRİ xəritələri əsasında sərhədləri bərpa edir. Ermənistan isə zəbt etdiyi torpaqlardan çıxmaq istəmir.
Milli.Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət