Ermənistan ATƏT-də Ukraynaya qarşı çıxdı - Aleksandr Merejkodan ŞƏRH
17:36 30.03.2021
Arxiv
333
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (XMM) büdcəsinin qəbul edilməsinin bloklanması xəbəri Kiyev üçün sürpriz olmadı. Belə ki, bir neçə gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi ATƏT-ə üzv olan bəzi dövlətlərin XMM-nin Ukraynadakı səlahiyyət müddətinin yaxın 12 aya qədər uzadılması qərarının qarşısını almaq istiqamətindəki fəliyyətləri barədə bəyanat verib. Qurumun rəsmi açıqlamasında müvəqqəti işğal olunmuş Donetsk və Luqansk bölgələrindəki missiyanın məhdudlaşdırılmasının ərazidə eskalasiyaya səbəb ola biləcəyi qeyd edilib.
Mövcud mandatı martın 31-də bitən ATƏT missiyasının büdcəsini əngəlləyən ölkələr arasında Ermənistan da var.
Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Aleksandr Merejko Caliber.Az-a açıqlamasında həqiqətən də bəzi ATƏT-ə üzv dövlətlərin sözügedən missiyanın fəaliyyətinin qarşısını alması faktını təsdiqləyib.
“Bu, son dərəcə xoşagəlməz bir siqnaldır. XMM-in fəaliyyəti, müəyyən mənada rus qoşunlarının Donbas ərazisindəki mümkün hərəkətlərinə qarşı çəkindirici amildir. Missiyanın dayandırılması Donbasda hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola bilər. Ukrayna bölgədə sakitliyin qorunmasında maraqlıdır və XMM fəaliyyət göstərməzsə, Rusiya bundan mütləq istifadə edəcək”, -deyə komitə sədri bəyan edib.
Mövcud vəziyyətə Kiyevin reaksiyasına gəlincə, parlamentarinin fikrincə, Ukrayna ATƏT üzvü olaraq, yalnız təşkilatın qaydaları çərçivəsində reaksiya göstərə bilər.
“ATƏT büdcəsini əngəlləyən dövlətlərin (Ermənistan da daxil olmaqla - red.) nəyə istinad etdiklərini söyləmək çətindir, lakin Ukrayna açıq şəkildə ATƏT-in fəaliyyətsizliyində maraqlı deyil. Əksinə, Ukrayna Minsk prosesində ATƏT-in oynadığı rolu qiymətləndirir. Ümid edək ki, ATƏT-in büdcəsi təsdiq olunacaq və təşkilat normal fəaliyyətini davam etdirəcək. Ukrayna və Azərbaycan arasında ATƏT çərçivəsində sıx əməkdaşlığa ümid edirik”, -deyə A.Merejko bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya