Ermənistan ordusunda fərarilik edən hərbçilərin sayı bilindi - RƏSMİ
10:05 11.02.2021
Arxiv
376
Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistana vurduğu ziyanın miqdarı əhəmiyyətli dərəcədə böyükdür. Bura Ermənistanın ordusunun məhv edilməsi, iqtisadiyyatının işğalçı siyasətin nəticəsi olaraq çökməsi və əhalisinin acınacaqlı vəziyyətə düşməsi daxildir.
Milli Ordumuz şanlı qələbə sayəsində işğal altında olan torpaqlarımızın azad edilməsindən əlavə Ermənistanın ordusunu çarəsiz qoyub. Ermənistan ordusunun tərkibində işğal altındakı torpaqlarda xidmət apararkən əsgərlər ən pis halda zərərsizləşdirilir, ən yaxşı halda isə fərariliyi seçirdilər.
Rəsmi məlumatlar onu göstərir ki, Ermənistanda fərarilik faktları ilə əlaqədar açılan cinayət işlərinin sayı 10 mini keçib. Bu barədə Ermənistanın “Joxovurd” qəzeti də yazıb. Qəzetin yazdığına əsasən, müstəntiqlər insanların ifadələrini qanuni baxımdan necə qiymətləndirəcəyini bilmirlər.
“Onlar asanlıqla müharibəyə getdilər, ancaq alovlar göydən tökülürdüsə və dostları gözlərinin önündə külə çevirilirdisə, nə etməliydilər? Başqa seçimimiz yox idi, xilas olmaq üçün qaçmalı idik”, - deyə qəzet ermənilərin etiraflarını yazır.
Ermənistan mətbuatının qələmə aldığı bu fakt onu göstərir ki, ermənilər Azərbaycan ordusu ilə müharibəyə girməkdən qorxublar və çıxış yolunu yalnız fərarilik etməkdə görüblər. Bu, onu göstərir ki, Ermənistan ordusu ətrafında yaradılan “güclü” və “məğlubedilməz” ifadəsi sadəcə mif və yalandan başqa bir şey olmayıb. 44 gün ərzində Azərbaycan Ordusu qarşısında ağ bayraq qaldıran və dabanına tüpürərək qaçmağı seçən Ermənistan ordusu yaratdığı mifin yalan olmasını bununla təsdiq etmiş olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı aeroportu sərnişinlərə müraciət etdi
18:53 13.02.2026
Cəmiyyət
Ceyhun Məmmədov: “Ölkədə gərginlik yaratmaq planı iflasa uğradı”
18:51 13.02.2026
Gündəm
ABŞ-li nazir Rubio: “Köhnə dünya artıq yoxdur”
18:43 13.02.2026
Gündəm
İran televiziyasında canlı yayımda “intiqam siyahısı” yayımlandı
18:38 13.02.2026
Dünya
Gürcüstan Aİ kursundan uzaqlaşır? - Politoloqdan İZAH
18:32 13.02.2026
Gündəm
"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
18:26 13.02.2026
Dünya
Rutte: Rusiya Ukraynada ilbiz sürəti ilə irəliləyir
18:15 13.02.2026
Dünya
İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
18:10 13.02.2026
Rəsmi
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil