Ermənistan ordusunun 2-ci korpusunun komandir heyəti işdən çıxarılıb - YENİLƏNİB
Yusif Nəzərli
07:12 19.01.2023
Arxiv
2577
Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Polkovnik Ermənistanın Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğına görə vəzifəsindən azad olunub.
Bundan başqa, korpus komandirinin müavini, briqadanın qərargah rəisi polkovnik-leytenant Rudik Akopyan, maddi-texniki təchizat briqadası komandirinin müavini polkovnik-leytenant Qor Haqekyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Qazaryan, mühəndis-istehkamçılar bölüyünün komandiri kapitan Qor Sarkisyan, ikinci ordu korpusu qərargahının rəisi, komandir müavini, polkovnik Miqran Maxsudyan, korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan, korpus komandirinin döyüş xətti üzrə müavini polkovnik Artur Ohanyan da tutuduqları vəzifədən azad ediliblər.
09:35
Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan tutduğu vəzifədən uzaqlaşdırılacaq.
“Report” xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.
Bildirilib ki, Ermənistan rəhbərliyi hərbi hissədə 15 hərbçinin ölümünə səbəb olan yanğına görə korpus komandirini günahkar bilir. Hadisənin baş verdiyi hərbi hissə 2-ci ordu korpusuna daxildir.
Müdafiə Nazirliyi polkovnikin işdən çıxarılacağı barədə məlumatı şərh etməyib.
Qeyd edək ki, ötən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb.
Xatırladaq ki, V. Qriqoryan 2021-ci ildə 2-ci ordu korpusunun komandiri təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya