Ermənistanda təlatümlü proseslər gözlənilir
12:11 27.01.2018
Arxiv
730
Ucuz siyasi kampaniyalar Sarkisyanı xilas edə bilməyəcək
"Ermənistanın işğal altında olan Talış kəndində bəzi simvolik tikinti işlərini aparması ilk növbədə "aprel döyüşlərində” uğursuzluqlarını kompensasiya etmək məqsədini güdür”.
Bunu "Şərq”ə açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.
Son günlər erməni tərəfinin təxribatlarına, uydurma informasiyalarına münasibət bildirən ekspert vurğulayıb ki, Cocuq Mərcanlıda aparılan möhtəşəm quruculuq işləri və kəndin yenidən məskunlaşması ermənilərdə qorxu və həyəcan hissləri yaradıb:
"Talış kəndində quruculuq imitasiyasını edən Sarkisyan hökuməti guya ərazinin kontrolda olduğunu və bir də Azərbaycan tərəfindən hücum olmayacağını qarantiyaya almaq məqsədi daşıyır. Lakin Azərbaycan istənilən vaxt, məşhur deyimdə olduğu kimi, "gecənin bir anında” ildırım sürətli hücum edərək aprel ayında olduğu kimi düşmənə sarsıdıcı zərbə vura bilər. Bilirik ki, bu il Ermənistanda prezident seçkiləri keçiriləcək. Son iki ildə Sarkisyan hərbi və diplomatik sahədə böyük uğursuzluğa düçar oldu”. Politoloq bildirib ki, Dağlıq Qarabağda davam edən stabilliyin kövrək olması erməni ictimaiyyətini çox narahat edir: "Artıq Ermənistanda fərqli siyasi qüvvənin hakimiyyətə gəlməsinin qaçılmaz olduğu görünməkdədir. Sarkisyan bu ucuz kampaniya ilə təmsil olunduğu siyasi qruplaşmaya dividend gətirməyə çalışır. Lakin buna baxmayaraq, bu il Ermənistanda çox gərgin və təlatümlü siyasi proseslər gedəcək. Sarkisyan və onun təmsil olunduğu siyasi elitanın uğursuzluğa düçar olacağı şübhəsizdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan və Gürcüstan razılığa gəldi
00:55 07.11.2026
Cənubi Qafqaz
Türkiyədən Rusiya ilə bağlı gözlənilməz açıqlama...
23:59 06.11.2026
Region
Tramp Stiven Milleri Ağ Evin aparat rəhbəri təyin edib
23:43 06.11.2026
Dünya
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual