
“Əsrin müqaviləsi” Azərbaycanın uğurlarının başlanğıcı oldu
15:57 20.09.2018
Arxiv
712
24 il bundan əvvəl Azərbycanın tarixində mühüm addım atıldı. Müstəqilliyini yenicə əldə edən, dövlət mexanizmi tam formalaşmayan, ərazi bütövlüyü işğalçı Ermənistan tərəfindən pozulan Azərbaycan üçün dünyanın 11 dövlətinin neft şirkətini Bakıda toplamaq böyük nailiyyət idi. Məhz, 1994-cü ilin sentyabr ayında Bakıda toplaşan dünya liderləri mühüm qərarın qəbul edilməsinə nail oldular. "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan dövlətinin davamlı inkişafına töhfələr verdi. "Əsrin müqviləsi”nin imzalanması Azərbaycandakı siyasi gərginlik vaxtına təsadüf edib. Amma yenidən müstəqilliyini elan edən Azərbaycan üçün bu addım gələcək uğurların başlanğıcı oldu. Təbii ki, bu müqavilə Azərbaycan iqtisadiyyatının inkişafında da ciddi təkan verib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış mütəxəssis İlham Şaban "Sherg.az”a deyib ki, müstəqil Azərbaycanın faktiki olaraq həm iqtisadi, həm beynəlxalq aləmdəki nüfuzu baxımından baş verən bütün dəyişikliklər 1994-cü ilin 20 sentyabrında imzalanmış müqavilənin nəticələri ilə birbaşa olaraq bağlıdır:
"Bunu başa düşmək üçün bir neçə fakt sadalamaq lazımdır. 2014-cü il sentyabrın 1-nə qədər "Azəri-Çıraq”, "Günəşli” yataqlarından Azərbaycanın neft fonduna gələn qazanc 106 milyard dollar olub. Bu, dövlətin xalis gəliri deməkdir. Bundan əlavə, Azərbaycanın digər qazancları da olub. Məsələn, "Əsrin müqaviləsi”ndə pay sahibi olan Azərbaycan Dövlət Neft Şirkətinin öz qazancı da var. Bundan əlavə, xarici neft şirkətləri 1995-ci ildən başlayaraq həm dövlət büdcəsinə, həm də Dövlət Sosial Müdafiə Fonduna vergi ödəyirlər. Bundan əlavə, müxtəlif sosial layihələr həyata keçirilir. Azərbaycanın digər qazancları da olur”.

İ.Şaban qeyd edib ki, "Əsrin müqaviləsi”ndən dövlət büdcəsinə 15 milyarda yaxın bu və ya digər səpkidə də vergilər daxil olub: "Dövlət Neft Fonduna gələn vəsaitlə cəmləsək, Azərbaycan tərəfi 140 milyard bu müqavilədən gəlir əldə edib. Təbii ki, bu vəsaitlərin bir hissəsi xərclənib”.
Məlumdur ki, "Əsrin müqaviləsi”nin müddəti uzadıldı. İqtisadçı deyir ki, müqavilənin müddətinin uzun müddətə uzadılması ilə Azərbaycan Xəzərdəki ən böyük neft yataqları blokundan stabil olaraq öz neft hasilatını çıxarmaqda davam edəcək:
"Düzdür, neftin pik həddi arxada qalıb. 2010-cu ildən bəri hasilatda azalmalar başlayıb. Artıq 1997-ci ildən bəri faktiki olaraq 20 ildən çoxdur ki, orada hasilat gedir. Növbəti mərhələdə bundan sonrakı 30 ildə də hasilatın davam etdirilməsi planlaşdırılır. Bu müddətdə əvvəlki illərdə hasil edilmiş neftdən daha çox neftin çıxarılması gözlənilir. Bunun üçün isə müxtəlif müasir texnologiyalara ehtiyac var. Azərbaycan tərəfi növbəti mərhələdə də əvvəllər həmin yataqda işlədiyi şirkətlərlə fəaliyyəti davam etdirməyi qərara aldı. Bu çox düzgün addım oldu. Bizim üçün əlverişli olan odur ki, əldə olan imkanlarımızdan daha yaxşı istifadə edə biləcəyik. Xarici şirkətlər isə əlavə investisiya qoymaq şərti ilə uzunmüddətli qazanc əldə edə biləcəklər. Ümumilkdə "Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafında, möhkəmlənməsində ən böyük rola malikdir”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət