
" “Əsrin müqaviləsi” inqilabı bir dönüşün başlanğıcı oldu" - Sabiq nazir
09:18 21.09.2018
Arxiv
844
"Ulu öndər Heydər Əliyev 1993–cü ilin sonları və 1994-cü ilin əvvəllərindən etibarən dünyada gedən siyasi və iqtisadi proseslərə peşəkar baxışları ilə Aərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu".
Bu barədə "Sherg.az" sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov ""Əsrin müqaviləsinin " Azərbaycanın sosial, iqtisadi və siyasi həyatına göstərdiyi təsirlərdən danışarkən deyib.
Onun sözlərinə görə, ölkə daxilindəki siyasi çəkişmələrin məharətlə nizamlanması, iqtisadiyyatın hiperinfilyasiya səviyyəsinin ram edilməsi və onun sonrakı inkişafını təmin edə biləcək qətiyyətli qərarların qəbulu Heydər Əliyev dühasının uğurları idi:

"Neftin qiymətlərinin dünya bazarlarında 15-16 dollar olduğu bir dönəmdə, Azərbaycanın dünya iqtisadi bazarına çıxışını təmin edən "Əsrin müqaviləsi”nin imzalanması isə inqilabı bir dönüşün başlanğıcı oldu. Bu müqavilə Azərbaycan iqtisadiyyatının sonrakı illər ərzindəki bənzərsiz uğurlarının təməl daşı oldu. Məhz "Əsrin müqaviləsi”nin imzalananmasıdan sonra Azərbaycan iqtisadiyyatına xarici investisiyaların axınına yol açıldı. Bu müqavilə ciddi iqtisadi tənəzzül yaşayan bir ölkənin iqtisadiyyatına xarici yatırımların cəlb edilməsinin ən uğurlu bir vasitəsinə çevrildi. Əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici investisiya qoyulmamışdısa, artıq 1994- 2000-ci illər ərzində bu yatırımların ümumi həcmi 5,5 milyard dollara bərabər idi. Ən maraqlısı isə bu idi ki, edilən yatırımların 2,2 milyard dolları neftdənkənar sahələrə yönəldilmişdi. Heydər Əliyevin bilavasitə rəhbərliyi altında aparılan islahatlar 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Ölkə iqtisadiyyatına böyük həcmlərdə investisiya axını hesabına Azərbaycanda sənaye, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə başladı. Artıq 1996-cı ildən etibarən ümumi daxili məhsul istehsalı hər il sürətlə artdı.
Professor onu da xatırladıb ki, ötən ilin sentyabr ayının 14-də "Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü üzrə düzəlişlər edilərək yenidən imzalanıb:
"Müqavilənin müddətinin başa çatmasına 7 il qalmış onun 2050-ci ilə qədər uzadılması hökumətin neft strategiyasında yeni bir səhifənin açılması demək idi. Yeni şərtlər Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək ki, bu da xarici kompaniyaların 2004-cü ildə imzalanmış "Əsrin Müqaviləsi” üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur. Digər tərəfdən yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında bu müqavilənin çox böyük əhəmiyyəti olacaqdır. Onun 23 il ərzində icrası "Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilməsinə imkan verdi ki, bu da proqnozlaşdırılan rəqəmə yaxın bir göstəricidir. Aparılan araşdırmalar onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var və ehtimal olunur ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq".
Qeyd edək ki, bu gün Azərbaycanda üç neft-qaz: Azəri, Çıraq, Günəşli yataqlarının işlənməsinə dair "Əsrin müqaviləsi”nin imzalanmasının 24 illik yubileyi qeyd edilir .20 sentyabr 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında "Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli liderin hakimiyyətə qayıtmasından 1 il sonra baş verib. Məlum müqaviləni "Amoco", "Unocal", "Pennzoil", "Exxon", "McDermott", Britaniyadan "British Petroleum" və "Ramco", Norveçdən "Statoil", Rusiyadan "LUKoil", Türkiyədən "TPAO", "Delta Oil" Səudiyyə Ərəbistanından, Yaponiyadan "İtochu" şirkətləri imzalayıb. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya