
Əyləncə mərkəzləri və çimərliklərdə təhlükəsizlik necə təmin olunmalı ? –Ekspertdən izah
15:07 23.05.2019
Arxiv
1448
Yay aylarında insanların ən çox üz tutduğu yerlər çimərliklər və dənizkənarı istirahət məkanlarıdır. Buna görə də çimərliklərdə təhlükəsizlik qaydalarına riayət olması vacibdir.
Təəssüf ki, ötən illərdə çimərliklərdə çoxsaylı xoşagəlməz hadisələr yaşanıb. Şəhərdə və şəhər ətrafında yerləşən əyləncə mərkəzlərinin hovuzlarında ölüm halları belə yaşanıb. Məhz bu baxımdan çimərliklərdə, digər istirahət məkanlarında təhlükəsizliyin tam təmin olunmasına ciddi ehtiyac var.
Bəs bu təhlükəsizliyin təmin edilməsi üçün hansı işlər görülməlidir?
Sualımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev "Sherg.az”a bildirdi ki, çimərliklərdəki istirahət insanlarda gözəl anlar yaşatdığı kimi onlar üçün xoş olmayan anlar ,bədbəxt hadisələrlə də yadda qalır.

Ekspert qeyd etdi ki, hər il çimərlikdə xeyli sayda insan boğulur və həyatını itirir:
"Nə qədər maarifləndirmə aparılsa belə, yenə də bədbəxt hadisələr azalmır . Səbəb isə insanların öz həyatına biganə yanaşmasıdır. İnsanlar istirahətlərini xoş keçirməyi planlaşdırdıqları kimi öz təhlükəsizliklərini də düşünməlidir. Bunun üçün ilk öncə getdikləri yeri düzgün seçmək lazımdır. Yəni, dövlət tərəfindən qadağan edilmiş çimərliyə getmək olmaz. Daha sonra hava şəraiti nəzərə alınmalıdır. Küləkli, dumanlı havada və günün qaranlıq vaxtı dənizə girməmək məsləhətdir. Günün 12:00-dan 16:00-dək olan aralığında suya girməmək məsləhətdir.
Dənizə tək getməmək və özünüz ilə apardığınız yeməklərə diqqət etmək lazımdır. Valideynlər də diqqətli olmalıdırlar və uşaqları nəzarətsiz buraxmalı deyillər. Yağlı yeməklər, qızardılmış qidalardan uzaq durmaq lazımdır. Çimərlikdə spirtli içki qəbul edilməli deyil. Bu, həm suya girəndə boğulma təhlükəsi yaradır, həm də spirtli içki qəbul edən adamı günvurma ehtimalı daha çox olur. İnsanlar dənizə özləri ilə qayıqlar, katamaranlar və hava şarları gətirməməlidirlər. Müalicə alan şəxslər dərman qəbul edirlərsə, çimərliyə getmədən öncə nəzərə almalıdırlar ki, bunun əks təsiri ola bilər” .
Ekspert çimərlikdə yaşanan ən böyük problemlərdən birinin qadağanedici şarların keçilməsi olduğunu vurğuladı:
"Çimərlikdə qadağanedici şarları keçmək olmaz. İnsanlar bir nüansı bilməlidirlər ki, çimərlik istirahət üçündür, yarış meydanı deyil. Bəziləri dərində üzməklə diqqəti özlərinə cəlb etmək istəyirlər. Ancaq düşünmürlər ki, özlərini təhlükəyə atırlar. Ən çox rast gəlinən məqamlardan biri " kim daha çox uzağa üzə bilər " deyib yarışırlar. Bunun da sonu bədbəxt hadisələrə gətirib çıxarır. İnsanlar bilməlidirlər ki, qaydalara əməl etmək onların təhlükəsizliyi üçündür”.
E.Nurəliyevin qənaətincə, istirahət məkanlarının rəhbərliyi də təhükəsizlik tədbirlərinin görülməsində maraqlı olmalıdırlar:
"Onlar da qaydaları pozan şəxsləri aşkar edərlərsə, tədbir görməli, lazım gələrsə oradan uzaqlaşdırmalıdır. Çünki hadisə baş verərsə, cavabdeh şəxslər də məsuliyyət daşıyır. Dənizkənarı çimərliklərin və istirahət məkanlarının xilasediciləri və həkim briqadasının olması lazımdır. Onlar hər hansı təhlükə zamanı vaxtında müdaxilə edərək hadisənin qabağını ala bilər. Hovuzu olan istirahət məkanları da təhlükəsizlik qaydalarına riayyət etməlidir. Hovuzda nəzarətçinin olması mütləqdir”.
Ekspert qeyd edib ki, azyaşlılarla böyüklərin eyni hovuzda çimməsi yolverilməzdir:
"Bu həm azyaşlının həyatı üçün təhlükəli, həm də xəstəlik mənbəyi ola bilər. Hovuza girmədən öncə duş qəbul etmək lazımdır. Hansı infeksion yaxud dəri xəstəliyi olan şəxsin hovuza girməməsi məsləhətdir. Hovuzlar hər gün təmizlənməli və dərmanlanmalıdır. Hovuzda işıqlandırma varsa, onun elektriklə bağlı təhlükəsizliyi nəzərə alınmalıdır.
Atraksionlardan, aqua parklardan istifadə zamanı azyaşlı uşaqların böyüklər üçün nəzərdə tutulan atraksiondan istifadəsi yolverilməzdir və təhlükəli ola bilər. Nəzarətçi olmadan atraksionlardan və aquaparklardan istifadə etmək olmaz. Burada valideynlərin də üzərinə məsuliyyət düşür. Şahidi oluruq ki nəzarətçi "olmaz " deyendə valideyn "uşaq mənimdir mən bilərəm” deyib heç bir təhlükəsizlik qaydalarına əməl etmir. Deməli, təhlükəsizlik tədbirləri görülən yerlərdə qaydalara əməl edilsə, hər hansı neqativ və yaxud bədbəxt hadisələrin baş verməsi riski də aşağı düşər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya