Fiziki məhdudiyyətli şəxslərə qəbul imtahanında güzəştlər edilməlidir
08:42 19.09.2018
Arxiv
710
Dövlət İmtahan Mərkəzi fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkil edilməsi, tətbiq olunan xüsusi vasitələr və onların DİM-in keçirdiyi imtahanlarda istifadə olunma imkanlarını araşdırır. Bu məqsədlə DİM-in əməkdaşları Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində təlim səfərində iştirak edirlər.
Səfərin əsas məqsədi Birləşmiş Krallıq təcrübəsində imtahanlarda fiziki məhdudiyyətli şəxslər üçün yaradılan şəraitlə tanış olmaq, tətbiq olunan xüsusi vasitələr haqqında öyrənmək və bu vasitələrin DİM-in keçirdiyi imtahanlarda istifadə imkanlarını araşdırmaqdır.
Fiziki məhdudiyyətli şəxslər üçün imtahanların təşkil prosesində xarici ölkə praktikasının öyrənilməsi təbii ki, müsbət hal hesab edilməlidir. Maraqlıdır, bu təcrübəni ölkəmizdə tətbiq etmək mümkün olacaqmı?
Uzun illərdən bəri DİM tərəfindən sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən fiziki məhdudiyyətli şəxslər üçün imtahan zamanı zəruri şərait yaradıldığını deyən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq"ə bildirib ki, geniş şəraitin yaradılmasına baxmayaraq, onlara hər hansı bir güzəşt nəzərdə tutulmayıb:
"Onlar normal fiziki imkanları olan abituriyentlərlə eyni qaydada, eyni şərtlərlə, eyni test tapşırıqlarına cavab verirlər. Hesab edirəm ki, belə gənclər üçün qəbul imtahanlarında güzəştin nəzərdə tutulması məqsədəuyğundur.
Qabiliyyətlərinin qiymətləndirilməsi zamanı yüksək bal almış fiziki qüsurlu abituriyentlər qəbul imtahanlarında problemlərlə qarşılaşırlar. DİM onlara heç bir fərq qoymur. Bizdə keçid balı 50-dir. Bəzən abituriyentlər 48, 49 bal toplayırlar. Düşünürəm ki, məsələyə belə yanaşmaq doğru deyil. Çünki onlar təhsil almaq, cəmiyyətə adaptasiya olmaq istəyirlər. Fiziki qüsur onların qabiliyyəti, arzuları önündə əngəl deyil. Əksinə, belə insanlarda hisslər daha güclü olur.
Biz inkulisiv təhsilə keçirik, amma sənəd üzərində. Bu gün əlilliyi olan şəxslərin təhsili ilə bağlı çox ciddi problemlər var. Düşünürəm ki, fiziki qüsurlu şəxslərin birbaşa ali təhsil müəssisələrində müsabiqədən kənar qəbulu layihəsini həyata keçirmək lazımdır ki, onlar cəmiyyətdən ayrı qalmasın və onların işlə təmin olunması kimi problemlər yaranmasın. Hazırda fiziki qüsurlu şəxslərə icbari ümumi təhsil, orta təhsil verilir, lakin ali təhsillə bağlı ciddi problemlər var.
Azərbaycan Beynəlxalq Konvensiyanın üzvüdür və fiziki vəziyyətindən asılı olmayaraq hər kəs mütləq şəkildə orta və ali təhsil almalıdır. Təəssüf ki, Azərbaycanda orta ixtisas təhsili müəssisələrində və universitetlərdə fiziki qüsurlu şəxslərin təhsil alması üçün demək olar ki, heç bir şərait yaradılmayıb.
Lakin bir neçə ildir ki, 1 nömrəli Bakı Tibb Kollecinin "İdman və müalicə masajı" ixtisasında gözdən əlil olan gənclər üçün tibb ixtisası üzrə belə bir imkan yaradılıb. Təəssüf ki, bu sahədə xarici praktika və təcrübədən istifadə olunmur".
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət