Futbol azarkeşi məmnundur: "Bakıda özümü çox təhlükəsiz hiss edirəm"




Bakı şəhəri çox gözəl, insanları isə səmimi və qonaqpərvərdir. Şəhər və onun sakinləri məndə xoş təəssürat yaradıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Çindən paytaxtımıza UEFA Avropa Liqasının final matçını izləmək üçün gəlmiş futbol azarkeşi Patrik Çon deyib.

Onun sözlərinə görə, artıq 4 gündür Bakıdadır və burada özünü yaxşı və təhlükəsiz hiss edir.

Çinli futbol fanatı, həmçinin bildirib ki, sabahkı matçda "Arsenal” komandasına azarkeşlik edəcək. Hətta öz vətənində bu komandanın fan klubun üzvüdür.