Gərginlik yaşandı, adam tikliyi sökməyə imkan vermədi

Türkiyə daxilində başladılan "abadlıq barışı” Şərqi Qaradəniz bölgəsindəki yaylalarda tikilən gecəqondulara da gəlib çatıb. Trabzonun Barma yaylasına çıxan qruplar, Əli Yılmazın heyvanları üçün hazırlamaq istədiyi tikliyə də müdaxilə etdi. 
Dağıntı işlərinə reaksiya verən Yılmaz isə tikanlı məftili boğazına sarıyıb, "Ölərəm, buranı yıxmağa qoymaram" deyərək qruplara müqavimət göstərdi. Jandarma və polis qrupları Yılmazla görüşərək onu razı salıb, sakitləşdiriblər. Qruplar dağıntını bitirmədən yayladan uzaqlaşıb.