Gömrük Komitəsi: "Bəzi şirkətlər malları dəyərindən aşağı göstərib"





Bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları - hüquqi və fiziki şəxslər gömrük rəsmiləşdirilməsi zamanı müvafiq gömrük orqanlarına təqdim etdikləri invoysda idxal etdikləri malların dəyərini aşağı göstərməklə dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarından yayınmağa çalışır.
Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir: "Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

Invoysda göstərilən qiymət

Real qiymət

Fərq

1
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ
13046,63 avro
18543,63 avro
5497 avro

2
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ
16013,72
22627,77 avro
6614,05 avro
3
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ
14840,21 avro
20991,88 avro
6151,67 avro
4
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ
12230,60 avro
18628,08 avro
6397,48
5
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ
13117,94 avro
21117,94 avro
9000 avro
6
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ
14545,14 avro
33400,32 avro
18855 avro
7
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ
8604 avro
12604,61 avro
4000,61 avro
8
" Aksesuar” Ticarət və Sənaye LTD ŞTİ
12645,70 avro
15645,70 avro
3000 avro
9
"ABA Trading”
5230,56 avro
25757,81 avro
20527,25 avro