Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 4–5 oktyabr tarixlərində İrana rəsmi səfər edəcək.
Sherg.az xəbər verir ki, Ermənistan XİN-in məlumatına görə, Mirzoyan oktyabrın 5-də iranlı həmkarı Abbas Əraqçi və İranın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək.
Görüşlərdə Ermənistan-İran ikitərəfli münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib. Tərəflər ikitərəfli ticarət-iqtisadi əlaqələri və onların genişləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edib, regionda sülh və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.