“Günəşli” yatağında yanğın: 69 nəfər təxliyyə edilib - YENİLƏNİB - RƏSMİ AÇIQLAMA






Fövqəladə Hallar Nazirliyi "Günəşli” yatağında baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, sentyabrın 26-da "Azneft” İstehsalat Birliyinin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.
"Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər. Hazırda SOCAR və digər aidiyyəti qurumlarla birgə yanğının söndürülməsi işləri davam etdirilir” – deyə məlumatda bildirilir.
***
20:23
"Günəşli” yatağının 19-cu özülündə 71 nömrəli quyuda görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq fontan yanğına keçib. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı rəsmi məlumatda bildirilir.
Məlumatda həmçinin deyilir ki, bütün işçilər özüldən təxliyyə olunub, xəsarət alan olmayıb. Açıq fontanın qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirilir.
***
15:36
"Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlə görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.
Bu barədə "APA-Ecomomics"ə SOCAR-dan bildirilib.
Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.
"Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub.
Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.