Gürcüstanda cinayətkarlığın sayı keçən illə müqayisədə 58,5 faiz artıb





Cari ilin yanvar-avqust aylarında Gürcüstanda 38 min 500 cinayət hadisəsi baş verib.

AZƏRTAC Gürcüstan Daxili İşlər Nazirliyinə (DİN) istinadla xəbər verir ki, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 58,5 faiz çoxdur.

DİN-in yaydığı məlumatda deyilir ki, cinayətlərin 36,2 faizinin üstü isti izlərlə açılıb.

Cinayətlərin ən çoxu oğurluq, qarət və soyğunçuluq faktlarıdır.

Müdafiə naziri Qeorqi Qaxariya cinayətkarlığın sayının artmasını istintaq-axtarış sisteminin zəifliyi və prokurorluq və daxili işlər orqanları arasında fikir ayrılığının olması ilə əlaqələndirib.