Gürcüstanda Müqəddəs Ailə Günü qeyd olunur





Bu gün Gürcüstanda Müqəddəs Ailə Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bayram münasibətilə paytaxt Tbilisidəki "Respublika” meydanından "Müqəddəs üçlük” kilsəsinə qədər ümumxalq yürüşü təşkil olunub.

Gürcüstan Patriarxlığının təşəbbüsü ilə keçirilən aksiyada din xadimləri ilə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edirlər.

Yürüş kilsədə ayinlərin icrasından sonra konsertlə başa çatacaq.

Qeyd edək ki, Gürcüstanda Müqəddəs Ailə Günü artıq bir neçə ildir qeyd olunur. Bayram tədbirləri paytaxt Tbilisi ilə yanaşı, bölgələrdə də keçirilir.