Gürcüstanda rezin güllələrin qadağan olunması tələbi ilə petisiya yaradılıb
10:56 23.06.2019
Arxiv
569
Gürcüstanda etiraz aksiyalarının dağıdılması zamanı rezin güllələrdən istifadənin qadağan olunması tələbi ilə petisiya yaradılıb.
"Report”un yerli bürosu xəbər verir ki, www.manifest.ge saytında yerləşdirilən petisiya Gürcüstan parlamentinə ünvanlanıb.
Bu vaxta qədər müraciəti 1700-dən çox şəxs imzalayıb. Petisiya üçün, ümumilikdə, 20 min imza tələb olunur.
Müraciətdə bildirilib ki, dinc aksiyaların insanların ölümünə səbəb olan silahlarla dağıdılması yolverilməzdir. Petisiya müəllifləri parlamentin fövqəladə iclas keçirərək "Polis haqqında” qanuna rezin güllələrin istifadəsinə qadağanı nəzərdə tutan düzəlişin edilməsini tələb edirlər.
Qeyd edək ki, iyunun 20-də Tbilisidə parlament binası qarşısında rusiyalı deputatların Gürcüstana gəlməsinə etiraz olaraq keçirilən kütləvi aksiya gözyaşardıcı qaz, su şırnağı maşını və rezin güllələrin vasitəsilə dağıdılıb. Nəticədə 240 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Onların 28-i xəstəxanalarda müalicələrini davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi