Gürcüstanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi tarix açıqlandı




Gürcüstan gələn ilin yazında Avropa Şurası Xarici İşlər nazirlərinin görüşünə ev sahibliyi edəcək.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə ölkənin XİN başçısı David Zalkaliani məlumat verib.

O bildirib ki, Gürcüstan artıq AŞ NK-nın sədrliyinə hazırdır və indidən bir sıra prioritetlər müəyyənləşdirib.
"Noyabrda Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Fransadan təhvil alacaq. Bu böyük məsuliyyətdir. Biz artıq buna hazırıq və prioritetlərimizi müəyyənləşdirmişik".- deyə Zalkaliani vurğulayıb.