Gürcüstanın baş naziri koronavirusa yoluxdu


Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin koronavirus testi pozitiv çıxıb.

Bu barədə gürcüstanlı nazir “Facebook” hesabında yazıb:

“Test nəticələrinə əsasən məndə koronavirus təsdiqləndi. Özümü yaxşı hiss edirəm, təcrid olunmuşam və işə distant şəkildə davam edəcəyəm”.