Hamilə arvadını uçurumdan atdı

Qatil ərə ömürlük həbs cəzası istənilib

Kişi 7 aylıq hamilə yoldaşını uçurumdan atdı.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəhşətli cinayət hadisəsi Türkiyədə yaşanıb.

7 aylıq hamilə Semra Aysal yoldaşı tərəfindən qətlə yetirilib. Cinayət hadisəsi bir neçə il bundan öncə baş versə də, qatil ötən ilin noyabrın 21-də müəyyənləşib. Qatil ər, Hakan Aysal həyat yoldaşını öldürdüyünü və Fəthiyədəki Kəpənəklər Vadisindəki qayalardan atdığını etiraf edib. Hakan Aysala qarşı "qəsdən öldürmə", "dəhşətli  və əzabla öldürmək", "hamilə olduğu bilinən bir qadını öldürmək" maddələri ilə cinayət işi açılıb. Onun məhkəmədə ömürlük həbs cəzasına məhkum edilməsi irəli sürülüb.