"Hansısa "din xadimi" insanları dövlətin əleyhinə səsləyirsə, bu, dövlətçiliyimizə xəyanətdir"
10:49 30.07.2018
Arxiv
825
Hacı Şahin Həsənli: "Azərbaycan multikultural ölkədir. Müxtəlif mədəniyyət daşıyıcılarının birgə yaşadığı bu məmləkətdə dini tolerantlıq ənənələri əsrlərdir mövcuddur, indi də uğurla davam etdirilir"
"İslam dininə xidmət edənlər insanları qətlə, sui-qəsdə dəvət edə bilməz. Əsl möminlər cəmiyyəti mərhəmətə, sülhə dəvət edir”.
Bunu "Sherg.az”a sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparılması və Azərbaycanda dindarların sıxışdırılması iddiasından danışarkən ilahiyyatçı- alim Hacı Şahin Həsənli deyib.
O bildirib ki, hansısa "din xadimi" insanları dövlətin əleyhinə səsləyirsə, bu, dövlətimizə, dövlətçiliyimizə xəyanətdir:
"Azərbaycan multikultural ölkədir. Müxtəlif mədəniyyət daşıyıcılarının birgə yaşadığı bu məmləkətdə dini tolerantlıq ənənələri əsrlərdir mövcuddur, indi də uğurla davam etdirilir. Əlbəttə, bu ənənələrə sadiq qalanlar az deyil. Amma bəziləri isə bundan istifadə edib, sabitliyi pozmağa cəhd göstərirlər. Bu əməlin başqa adı yoxdur.
Belə insanlar Azərbaycanın inanclı insanları kateqoriyasına daxil deyil. İnanclı insanlar hansısa marginal qruplaşmaya deyil, həqiqi dinə bağlı olurlar. Azərbaycanda əsrlərlə yaşayan bu insanlar ənənələrimizə hörmətlə yanaşan, dövlətçilik ənənələrinə sadiq şəxslərdir. Ölkəmiz haqqında başladılan kampaniya Azərbaycanın inkişafına mane olmaq, dövlətçiliyimizə zərbə vurmaq məqsədi daşıyır”.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə yayılan müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlatının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxtı uzatdığı və s. kimi həqiqəti əks etdirməyən iddialar irəli sürülür.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya