
Həkim 3 aylıq körpənin ölüm səbəbindən danışdı – Kimdir müqəssir ?
14:23 29.04.2019
Arxiv
995
Sərdar Cəlaloğlu: “Ümumi şəkildə xəstə öldüsə, buna həkim səbəbkardır demək düzgün deyil”
3 aylıq körpə dünyasını dəyişib. Körpənin valideynləri baş verən hadisədə həkimi günahlandırır.
Uşağın səhhətində problem olduğu üçün Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasına aparılıb. Körpənin babası Sərraf Əskərov uşaqda halsızlıq və iştahsızlıq olduğu üçün həkimə müraciət etdiklərini deyir:
"Əvvəl uşağı Ulturasəs müayinəsindən (USM) keçirdik, heç bir problemi olmadığını, dalağının, böyrəyinin və ciyərinin təmiz olduğunu dedilər. Dedilər ki, uşağın iştahı olmadığı üçün, bəlkə də, onda qan azlığı ola bilər. Amma uşağa yanlış qan köçürüblər”.
Baş verənlərlə bağlı fikirlərini "Sherg.az”la bölüşən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu bildirib ki, tam araşdırma aparılmadan həkimi günahlandırmaq düzgün deyil:

"Bizdə "həkim səhvi” deyilən bir anlayış var. Amma həkimləri müəyyən səhlənkarlığa görə qınaya bilərik. Çünki həkimlər yalnız səhlənkarlığa görə məsuliyyət daşıylar, xəstəyə düzgün diaqnoz qoyulmamasına görə yox.
Vətəndaşın subyektiv fikirləri ilə həkimi ittiham etmək haqqı yoxdur. Baş verən hadisəyə səbəb kimi yanlış qan köçürmə olduğu sübut edilməlidir. Yalnız bundan sonra həkim səhlənkarlığının olub-olmaması ortaya çıxar.
Ola bilsin ki, körpəni həkimə çox gec gətiriblər və uşağın çətin diaqnoz qoyulan bir xəsətliyi var imiş. Həkim də əlində olan imkanlarla diaqnozu dəqiq müəyyənləşdirə bilmir və xəstə dünyasını dəyişir. Burada həkimin heç bir məsuliyyəti yoxdur. Hər şey konkret situasiyalarla bağlıdır. Ümumi şəkildə xəstə öldüsə, buna həkim səbəbkardır demək düzgün deyil”.
Həkim qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəzi xəstəliklərin müəyyən edilmiş ölüm norması var:
"Məsələn elə xəsətliklər var ki, orada 99 faiz, eləsi də var ki, 1 faiz ölüm olur. Kimsə xərçəng xəstəsidirsə, bu cür hallarda ölüm halları 99 faizi təşkil edir. Həkim belə məqamda nə etməlidir ki? Ona görə də bu cür situasiyalarda əsasən meyid yoxlanmalıdır. Bundan sonra həkimin körpə ölümü ilə əlaqəsi olduğu müəyyən edilə bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı