Həmməruzəçilər Azərbaycana gəlir




Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya AŞPA-nın mətbuat ofisindən məlumat verilib. Səfərin dəqiq tarixi və keçiriləcək görüşlər yaxın günlərdə dəqiqləşəcək.