Həmyerlimiz UAZ-ın BAŞ DİREKTORU təyin edildi
14:18 23.05.2019
Arxiv
609
"Ford Sollers” müəssisəsinin azərbaycanlı rəhbəri Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodu olan Ulyanovsk Avtomobil Zavodunun (UAZ) baş direktoru təyin olunub.
Lent.az "İnterfax”a istinadla xəbər verir ki, A.Şirinov eyni zamanda "Ford Sollers”ə də rəhbərlik edəcək.
Həmyerlimizin "UAZ”-ın əvvəlki baş direktoru Vadim Şvetsovu əvəzləməsi heç də təsadüfi olmayıb.
"Ford Sollers” şirkətinin nümayəndəsi məlumatı təsdiqləyərək qeyd edib ki, yeni təyinatla əlaqədar A.Şirinovun qarşısında perspektiv tapşırıqlar - hədəflər qoyulub. Onun əsas tapşırığı rəhbərlik edəcəyi "UAZ”ın məhsul strategiyasını reallaşdırmaq, bu markanın bazar payını artırmaq,
komponent bazasını lokallaşdırmaq, ümumi təchizat panelini yaratmaq, eləcə də satış, diller şəbəkəsini qurmaqdır.
Bildirilir ki, A.Şirinov Rusiya avtomobil sektorunda ən təcrübəli mütəxəssislərdən biridir.
Xatırladaq ki, A.Şirinov 1964-cü ildə Bakıda anadan olub. Hazırda Rusiya vətəndaşı olan həmvətənimiz 1990-cı ildən avtomobil sənayesində çalışır. O, "RusPromAvto” şirkətində baş direktorun müavini vəzifəsində, 1999-cu ildə isə "Ford Motor Company” şirkətində fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya