Hər il neçə uşaq valideyni tərəfindən qətl edilir ? – Dəhşətli statistika





Dünyada hər 5 gündən bir bir uşaq öz valideyni tərəfindən qətl edilir.

"Sherg.az” "lepoint.fr”ə istinadən xəbər verir ki, hər il valideyn vicdansızlığı nəticəsində 72 uşaq öldürülür. Bu da orta hesabla hər 5 gündən bir bir uşağın öldürülməsi deməkdir. Artıq dünya ölkələrinin sosioloqları bunun qarşısınının alınması yollarını axtarırlar. 

Ən mükəmməl təklif isə ondan ibarətdir ki, uşaq olan hər bir ailəyə uşaq döyülərkən və ya incidilərkən onu hiss edə bilən həyəcan siqnalı quraşdırılsın. Həmin həyəcan siqnalını verəcək qurğu isə tam professional formada təchiz edilsin. Və həmin cihazılara aidiyyəti dövlət qurumları nəzarət etsin.

Artıq "İgas”ın mütəxəssisləri də o cihazın hazırlanması barədə düşünürlər. Bundan başqa sosioloqlar düşünür ki, məktəblər də bu məsələ xüsusi həssasiyyət nümayiş etdirməlidirlər. Onlar hər qayğılı görünən uşaqdan onun problemləri barədə maraqlanıb, əlaqədar qurumlara məlumat verməlidir. 

Çünki bəzən uşaq evlərində üzləşdiyi zorakılıqla bağlı məktəb psixoloqlarına asanlıqla məlumat verə bilirlər. Bütün məktəblərdə uşaqlardan ailələrində onlara göstərilən  münasibətlə bağlı sosial sorğular keçirilməlidir. Bu yolla da uşaq ölümlərinin qarşısını almaq mümkün olar.

Tərcümə etdi : Ayyət Əhməd