“Həyatım boyu belə bir şey görmədim…” - Foto

Körpə ağlaya - ağlaya ölmüş anasından süd əmməyə çalışır
Hindistanın Madhya Pradeş əyalətində polis qatar relslərinin yanında insanın içinə işləyən bir mənzərə ilə qarşılaşıb. Yerdə cansız bir qadın və aclıqdan nə edəcəyini bilməyən ağlayaraq anasının sinəsindən süd əmməyə çalışan bir körpə… 17 aylıq körpə nə olduğunu anlaya bilmədiyi üçün israrla anasından süd əmməyə çalışır.
Polis məmuru hadisəni bu sözlərlə izah edir: Yerdə yatan bir qadın gördük. Qadına yaxınlaşanda yanında ağlayan və bir tərəfdən də anasından süd əmən bir oğlan uşağı … Uşaq hey ağlayırdı. Ancaq anası ona cavab vermirdi. O yenə də anasının sinəsini yönəlib südünü içməyə başladı. Həqiqətən şok olmuşduq. Çox kədərli idi. Qadın cansız bir şəkildə yatırdı və körpəsi süd istəyirdi. Həyatım boyu belə bir şey görmədim. Bu hamımız üçün çox duygusal bir andı." (milliyyət. com.tr)
Qadının nədən öldüyü bilinmir, ancaq polis bir qəza ola biləcəyindən şübhələnir. Gənc ananın burnundan və qulaqlarından qan gəldiyi ifadə edilir. Mövzuyla əlaqədar istintaq başladılıb. Körpə isə ən yaxın xəstəxanada baxım altına alınıb.