Hidayət Heydərov Karapetyanı ippona saldı




Azərbaycan cüdoçusu Hidayət Heydərov II Avropa Oyunlarında təsəlliverici görüşdə erməni rəqibi Ferdinand Karapetyanı məğlub edib.

Oxu.Az xəbər verir ki, o, daha əvvəl Rüstəm Orucovun məğlub etdiyi Karapetyanı Golden Score-da ippona salıb.

Qeyd edək ki, Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.