Hikmət Hacıyev: "Azərbaycanın çox uğurlu regional əməkdaşlıq modeli tərəfdaşların, qonşuların da maraqlarına xidmət edir"
12:20 16.03.2019
Arxiv
437
Azərbaycan çox uğurlu regional əməkdaşlıq modeli qurub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, bu model səmərəli əməkdaşlığa əsaslanır: "Bu, Azərbaycanın maraqlarına xidmət etməklə bərabər, bizim tərəfdaşlarımızın, qonşularımızın maraqlarına da xidmət edir. Burada biz nəqliyyat dəhlizlərini, enerji layihələrini qeyd edə bilərik".
Administrasiya rəsmisi əlavə edib ki, bütün bu proseslərdən kənarda qalan isə Ermənistandır: "Ermənistanın indiki hakimiyyəti iqtisadi islahatlar həyata keçirmək istəyirsə, öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalı və qonşu dövlətlərlə sivil şəkildə davranaraq mehriban qonşuluq siyasəti həyata keçirməlidir”.
H.Hacıyev vurğulayıb ki, status-kvo dəyişdirilməlidir: "Azərbaycanın münaqişənin həlli ilə bağlı nümayiş etdirdiyi konstruktiv mövqe də xüsusi olaraq təqdir edilir”.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatına toxunan PA rəsmisi qeyd edib ki, danışıqlar formatı dəyişdirilə bilməz: "Bu danışıqlar məhz Ermənistanla Azərbaycan arasında aparılır. Azərbaycanın münaqişənin həlli ilə əlaqədar mövqeyi, Qlobal Bakı Forumun açılışında dövlət başçısı tərəfindən bir daha bəyan edildi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial